"Barselona"nın Alvarez planı
"Atletiko Madrid"in argentinalı futbolçusu Xuliyan Alvarez "Barselona"nın maraq dairəsindədir.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu gələn ilin yayında Alvarez üçün "Atletiko Madrid"ə rəsmi təklif göndərəcək.
25 yaşlı hücumçunun dəyəri 100 milyon avrodur.
Qeyd edək ki, X.Alvarezin bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 6 qol 2 asistlə yadda qalıb.