"Barselona"nın əfsanəsi "Mançester Yunayted"in sükanı arxasına keçə bilər

"Mançester Yunayted" Ruben Amorimlə yollarını ayırarsa, Xavi Hernandezlə razılığa gələ bilər.

Sportline.az xəbər verir ki, keçmiş ispan futbolçu Gaizka Mendieta belə açıqlama verib. "Goal.com"da dərc edilən xəbərə görə, o, Xavinin "Mançester Yunayted"in iddialı layihəsinə razılıq verə biləcəyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Xavi Hernandezin "Mançester Yunayted"də işləmək istədiyi barədə xəbərlər dərc edilmişdi.