"Barselona"nın futbolçusu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

"Barselona" klubu yarımmüdafiəçi Fermin Lopezin zədələndiyini açıqlayıb.

Sportline.az Kataloniya təmsilçisinin rəsmi hesabına istinadla xəbər verir ki, futbolçuya sol budun düz əzələsinin zədələnməsi diaqnozu qoyulub. Oyunçunun bərpa prosesinin 3 həftə çəkəcəyi bildirilib. 

Fermin Lopez bu mövsüm İspaniya klubu ilə 3 oyuna çıxıb.

Qeyd edək ki, "Barselona" La Liqada 4 turdan sonra 12 xalla zirvədə qərarlaşıb.