"Barselona"nın futbolçusu "A Seriya"da
"Barselona" futbol klubunun üzvü Kristian Telyo karyerasını İtaliyada davam etdirəcək. SportLine.az "TuttoSport"a istinadən xəbər verir ki, son iki mövsümü icarə əsasında “Porto”da keçirən yarımmüdafiəçi cari mövsümün sonunadək "Fiorentina"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, Telyo 2014-2016-cı illərdə “Porto”nun heyətində 59 oyunda 10 qola imza atıb.