"Barselona"nın futbolçusu "Arsenal"ın radarına düşüb
"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq mövsümün sonunda "Arsenal"a keçə bilər.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Arsenal" De Yonqu transfer etmək üçün hərəkətə keçib.
London klubu 27 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, De Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barselona"ya 86 milyon avro qarşılığında transfer olmuşdu.
O bu mövsüm çıxış etdiyi 28 matçda 2 qol və 1 asistlə yadda qalıb.
De Yonqun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.