“Barselona”nın gözü argentinalı futbolçunun üzərindədir
"Atletiko Madrid"in argentinalı hücumçusu Xuliyan Alvarez "Barselona"nın maraq dairəsindədir.
Sportline.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Alvarez üçün 200 milyon avro tələb edir.
25 yaşlı forvard gələn yay "Atletiko"dan ayrılmaq fikrinə müsbət yanaşır.
Qeyd edək ki, X.Alvarezin klubla sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.