"Barselona"nın gözü "Bavariya"nın futbolçusuna düşüb
"Bavariya"nın almaniyalı stopperi Dayo Upamekano karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 26 yaşlı mərkəz müdafiəçisini gələn ilin yayında azad agent kimi transfer etməyi düşünür.
Upamekanonun hazır ki dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avrodur.
Qeyd edək ki, sözü gedən oyunçu "Bavariya" ilə yeni müqavilə imzalamaq niyyətində deyil.