"Barselona"nın gözü "Borusiyya Dortmund"un futbolçusunun üzərindədir

"Barselona" heyətinə yeni müdafiəçi transfer etməyi düşünür.

Sportline.az xəbər verir ki, "Borussiya Dortmund"un almaniyalı stopperi Niko Şlotterberq Kataloniya klubunun maraq dairəsindədir.

Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, 25 yaşlı oyunçunun transfer qiyməti 40 milyon avrodur.