"Barselona"nın Holand planı

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Siti"nin forvardı Erlinq Holandı heyətə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, o, maliyyə sıxıntılarına rəğmən bu transferi reallaşdırmağı planlaşdırır.

Klub prezidenti mövsümün sonunda bu istəyini həyata keçirməyə çalışacaq.

Qeyd edək ki, Hoalnd bu mövsüm meydana çıxdığı 10 oyunda 11 qola imza atıb.