“Barselona”nın hücumçusu zədələnib

"Barselona"nın hücumçusu Robert Levandovski Polşa milli komandasında olduğu vaxt ciddi zədə alıb.

Sportline.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayımlayıb.

Futbolçunun sol bud əzələsində zədə müəyyən edilib və onun müəyyən müddət yaşıl meydanlardan uzaq qalacağı vurğulanıb.