"Barselona"nın İsak sevdası
"Barselona" "Nyukasl"ın isveçli hücumçusu Aleksander İsakı transfer etməkdə israrlıdır.
Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Kataloniya klubu İsak üçün 80 milyon avro ödəməyə hazırdır.
"Nyukasl Yunayted"in rəhbərliyi isə 25 yaşlı futbolçu üçün ən azı 90 milyon avro tələb edir.
Qeyd edək ki, İsakın İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 19 qol və 5 asistlə yadda qalıb.