“Barselona”nın ispaniyalı futbolçusu zədələnib
"Barselona"nın ispaniyalı futbolçusu Fermin Lopez "Xetafe" ilə matçda zədələnib.
Sportline.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, F.Lopez bu mövsüm meydana çıxdığı 5 matçda 2 qolla yadda qalıb.