"Barselona"nın qələbəsi qətlə səbəb oldu

Qabonda PSJ-nin azarkeşi Çempionlar Liqasının 1/8 final matçında "Barselona"ya  1-6 hesablı məğlubiyyətə görə onu ələ salan dostunu qətlə yetirib. Sportline.az xəbər verir ki,  Libervil şəhərinin 18 yaşlı sakini məğlubiyyətlə bağlı onunla zarafat edən dostunun boyun nahiyəsindən bıçaqlayıb. Zərərçəkən hadisə yerindəcə dünyasını dəyişib. Qatil isə sərxoş vəziyyətdə saxlanılıb. O, cinayəti boynuna alıb və bunu qəsdən etmədiyini bildirib.