"Barselona"nın Son planı

"Barselona" "Los Anceles"in cənubi koreyalı futbolçusu Hın Min-Sonu yanvar ayında icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

33 yaşlı sol cinah vingeri bu mövsüm MLS-də 10 matçda iştirak edib. Aktivində 9 qol, 3 məhsuldar ötürmə var.

Qeyd edək ki, Hın Min-Sonun "Los Anceles" klubu ilə sözləşməsi 2027-ci ilin dekabr ayına qədərdir.