"Barselona"nın transfer siyahısı: İnyestaya əvəzləyici tapıldı

“Barselona” klubu yay transfer pəncərəsində 100 milyon avro xərcləmək niyyətindədir. Sportline.az xəbər verir ki, bu haqda İspaniyanın nüfuzlu AS qəzeti məlumat yayıb. Kataloniyalılar heyətə iki cinah müdafiəçisi və veteran Andres İnyestanın yerinə bir mərkəz yarımmüdafiəçisi cəlb edəcəklər. “Barsa”nın transfer siyahısında Ektor Belyerin (Arsenal), Teo Ernandes (Atletiko), Felipe Koutinyo (Liverpul) və Marko Verattinin (PSJ) adı var. Düşərgəni tərk edəcək potensial futbolçular kimi isə, Arda Turan, Jeremi Matye və Andre Qomişin adı hallanır.