"Barselona"nın zədəlisi geri dönür

"Barselona"nın zədədn əziyyət çəkən futbolçusu Fermin Lopes bərpa prosesini başa vurub.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

21 yaşlı futbolçunun artıq komandanın məşqlərinə qatıldığı bildirilir.

Qeyd edək ki, Fermin Lopes İspaniya millisinin düşərgəsində əzələsindən zədələnmişdi.

Futbolçu bu mövsüm cəmi 3 oyunda meydana çıxıb.