"Başakşehir" heyətini yarımmüdafiəçi ilə gücləndirib

"Başakşehir" Səudiyyə Ərəbistanı klubu "Əl-İttfaq"da çıxış edən Berat Özdemiri icarə əsasında heyətinə qatıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, tərəflər arasında 1 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Trabzonspor"da keçirmişdi.O, Qara dəniz klubu ilə çıxdığı 39 oyunda 1 qol və 1 asistlə yadda qalmışdı.

Qeyd edək ki, "Gənclərbirliyi" klubunun yetirməsi olan Berat 4 dəfə Türkiyə milli komandasının formasını geyinib.