Türkiyəli futbolçu karyerasını BƏƏ-də davam etdirəcək

"Başakşehir"in 21 yaşlı futbolçusu Ravil Taqir Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubuna transfer olunub.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Asiya klubu türkiyəli futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.

Ravil ötən mövsümü "Vesterlo"da keçirib və Belçika çempionatında 30 oyuna çıxıb.(3 qol, 2 asist).

"Altınordu" klubunun yetirməsi olan Taqir 40 dəfə Türkiyə millisini aşağı yaş qruplarında çıxış edib.