Bastoni 3 Avropa nəhənginin radarındadır

"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, "Arsenal", "Barselona" və "Liverpul" 26 yaşlı stopperi heyətinə qatmaq istəyir.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Bastoni cari mövsüm meydana çıxdığı 34 matçda 2 qol, 6 asistlə yadda qalıb.