Bastoni İtaliya klubundan ayrılır?

“İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni yayda klubdan ayrıla bilər.

Sportline.az “Team Talk”a istinadən xəbər verir ki, “Liverpul” və “Barselona” 26 yaşlı stopperi heyətinə qatmaq üçün yarışa girib.

İtaliya millisinin üzvü bu mövsüm 24 rəsmi matçda iştirak edib. Təcrübəli futbolçunun aktivində 2 qol, 5 məhsuldar ötürmə var.

Qeyd edək ki, A.Bastoninin dəyəri 80 milyon avrodur.