Bastoni "Mançester Yunayted"in hədəfindədir

"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni "Mançester Yunayted"in radarındadır.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

26 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 31 matçda 1 qol, 6 asistlə yadda qalıb.

Qeyd edək ki, A.Bastoni transfer qiyməti 100 milyon avrodur.