Bastoni "Real Madrid"ə transfer ola bilər

"İnter"in stopperi Alessandro Bastonin adı "Real Madrid"lə hallanır.

Sportline.az "COPE" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 27 yaşlı futbolçunu transfer etməyi hədəfləyir.

A.Bastoni bu mövsüm meydana çıxdığı 40 matçda 2 qol, 6 asistlə yadda qalıb.

Qeyd edək ki, İtaliya millisinin üzvünün dəyəri "Transfermarkt" portalına görə, 65 milyon avrodur.

Sözügedən futbolçu ilə "Barselona"da maraqlanırdı.