"Bavariya" almaniyalı forvardın izinə düşüb
"Bavariya" "Ştutqart"ın almaniyalı forvardı Nik Voltmeydi heyətinə qatmağı planlaşdırır.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Münhen klubu Voltmeyd üçün qarşı tərəfə 50+5 milyon avro təklif edib.
Lakin "Ştutqart"ın rəhbərliyi bu təklifə cavab verməyib.
Qeyd edək ki, 23 yaşlı futbolçu "Bavariya"da çıxış etmək fikrinə müsbət yanaşır.