“Bavariya” “Ayntraxt”ın qonağı olacaq

Almaniya Bundesliqasında 6-cı turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, son çempion "Bavariya" səfərdə "Ayntraxt"la qarşılaşacaq.

Münhen klubunda qapıçı Yonas Urbiq, Kim Min-Ce, Alfonso Deyvis, Hiroki İto, Yosip Stanişiç və Camal Musiala zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

"Ayntraxt"da isə Kristensen və Yessik Enqamkam oyunun iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti 20:30-da səslənəcək matçı Daniel Zibert idarə edəcək.