"Bavariya" "Dortmund"un futbolçusuna göz qoydu

"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberq "Bavariya"nın maraq dairəsindədir.

Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu 25 yaşlı futbolçunun oyununu çox bəyənir.

Lakin "Dortmund"un rəhbərliyi oyunçusunu satmaq istəmir.

Qeyd edək ki, Şlotterberqin transfer qiyməti 60 milyon avrodur.

O, hazırda Avropanın ən yaxşı mərkəz müdafiəçilərindən sayılır.