"Bavariya" Keynin transfer qiymətini açıqlayıb
"Bavariya" ingiltərəli forvardı Harri Keynlə yollarını ayıra bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu Keynin sərbəst qalma məbləğinin 67 milyon avro olduğu açıqlayıb.
"Arsenal", "Mançester Yunayted" və "Tottenhem" 31 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Keynin "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 35 oyunda 31 qol və 10 məhsuldar ötürmə müəllifi olub.
Harri Keyn 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya" klubuna 95 milyon avro qarşılığında transfer olmuşdu.