“Bavariya” Keynlə yola davam edəcək
"Bavariya" ingiltərəli hücumçusu Harri Keynlə yola davam etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi təcrübəli forvarda yeni müqavilə təklif edib.
Bu haqda "Sky Sports" nəşri məlumat yayıb.
Qeyd edək ki, Keynin sərbəst qalma məbləği hazırda 57 milyon avrodur.