"Bavariya" müdafiəçisi ilə vidalaşır
"Bavariya" cənubi koreyalı futbolçusu Kim Min-Ce ilə yollarını ayırmaq qərarına gəlib.
Sportline.az "Sky Sports Germany" nəşrinə istinadən xəbər verir ki, "Yuventus", "Nyukasl Yunayted" və "Çelsi" Kim Min-Ceni transfer etmək niyyətindədir.
28 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq dəyərləndirilir.
Qeyd edək ki, Kim Min-Ce 2023-cü ilin yayında "Napoli"dən "Bavariya"ya 50 milyon avro qarşılığında transfer olmuşdu.