"Bavariya" Noyerlə müqaviləni uzatdı
"Bavariya" qapıçısı Manuel Noyerlə müqavilə yeniləyib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı 2021-ci ilədək Münhen təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Noyer 2011-ci ildə "Şalke"dən transfer edilib.