"Bavariya" və PSJ transfer yarışına girib
"Real Madrid"in ulduz futbolçusu Vinisius Junior Avropanın nəhəng klublarının maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, "Bavariya" və "Paris Sen-Jermen" 25 yaşlı sol cinah vingerini transfer etməyə çalışır.
Bu haqda "OK Diario" nəşri məlumat yayıb.
Vinisiusun transfer qiyməti 200 milyon avrodur.
Qeyd edək ki, Brazilya millisinin üzvü bu mövsüm meydana çıxdığı 19 matçda 6 qol, 5 məhsuldar ötürmə müəllifi olub.
 
 
                                     
                     
                 
                 
                 
                 
                