“Bavariya” yeni forvard axtarışındadır
"Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviç karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Bavariya" 25 yaşlı forvardı heyətinə qatmaq istəyir.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, D.Vlahoviç cari mövsüm meydana çıxdığı 18 matçda 8 qol, 1 asistlə yadda qalıb.