"Bavariya" yeni qapıçı axtarışına çıxıb
"Bavariya" klubu yeni qapıçı axtarışına çıxıb.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Milan"ın fransalı kiperi Mayk Menyan Münhen klubunun əsas transfer hədəfinə çevrilib.
30 yaşlı oyunçunun dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm "Milan"ın heyətində 7 rəsmi matçda iştirak edib və qapısında 3 top görüb.