"Bavariya" yoldaşlıq oyununda "Tottenhem"lə qarşılaşıb
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Bavariya" və "Tottenhem" Seulda yoldaşlıq oyununda üz üzə gəliblər.
Sportline.az xəbər verir ki, qarşılaşma Almaniya təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə qolları 4-cü dəqiqədə Vidoviç (1-0) , 56-cı dəqiqədə Qoretska (2-0) və 66-cı dəqiqədə Pedro Porro (2-1) vurub.
Qeyd edək ki, Bavariya növbəti oyununu avqustun 16-də Almaniya kubokunda "Ulm"a qarşı keçirəcək. Tottenhem isə Premyer Liqanın ilk həftəsində "Lester"lə qarşılaşacaq. (19 avqust).