"Bavariya"da ayrılıq gözlənilir
"Bavariya"nın cənubi koreyalı futbolçusu Kim Min Ce mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Çelsi", "Nyukasl Yunayted" və "Yuventus" Kim Min Ceni transfer etmək istəyir.
28 yaşlı müdafiəçinin transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Kim Min Ce bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 3 qolla yadda qalıb.