"Bavariya"da ayrılıq gözlənilir
"Bavariya"nın fransalı stopperi Dayo Upamekano "Mançester Yunayted"in maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" qəzeti məlumat yayıb.
26 yaşlı mərkəz müdafiəçisi gələn ilin yayında azad agent statusunda olacaq.
Qeyd edək ki, Upamekano "Bavariya" ilə yeni müqavilə imzalamaq istəyir.