"Bavariya"da ayrılıq yaşana bilər
"Bavariya"nın fransalı futbolçusu Kinqsli Koman klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Əl-Nəsr" 29 yaşlı sol cinah vingerini transfer etmək istəyir.
K.Komanın meneceri Səudiyyə Ərəbistanı klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, sözü gedən futbolçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.