"Bayer" "Bavariya" qarşısına ciddi itki ilə çıxacaq

Sabah UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri "Bayer" və "Bavariya" komandaları arasında olacaq.

İlk oyunda 0-3 hesabı ilə uduzan leverkuzenlilər çətin cavab matçına ciddi itki ilə çıxacaqlar.

Klubun rəsmi X sosial şəbəkəsindəki rəsmi səhifəsində yayılan məlumata görə, komandanın aparıcı oyunçusu Florian Virts zədə üzündən matçı buraxmalı olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə sabah gecə saat 12-də başlanacaq.