"Bavariya"dan 48 milyon avroluq transfer

"Bavariya" klubu yeni mərkəz hücumçusu axtarışına çıxıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Çelsi"nin seneqallı futbolçusu Nikolas Cekson Münhen klubunun transfer hədəfindədir.

Almaniya klubu 24 yaşlı futbolçu üçün 48 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Çelsi"nin rəhbərliyi futbolçusu üçün ən azı 60 milyon tələb edir.