"Bavariya"dan çətin zəfər

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib. 

Səfərdə "Yuventus"la heç-heçə edən "Bavariya" doğma meydanda çətin anlar yaşayıb. Turin təmsilçisi iki top fərqi ilə önə keçsə də, üstünlüyü qoruya bilməyib. Cütün taleyi əlavə vaxtda həll olunub.

16 mart 2016
Çempionlar Liqası, 1/8 final (Cavab oyunları)

“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) - 4:2 (əlavə vaxt)
Qollar: 
Levandovski, 73, Müller, 90+1, Tyaqo, 108, Koman, 110 - Poqba, 6, Quadrado, 28
İlk oyun - 2:2