"Bavariya"nı "Mançester Siti"yə dəyişə bilər

“Mançester Siti” “Bayern"in yarımmüdafiəçisi Aleksandar Pavloviçi Rodrinin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.

Sportline.az xəbər verir ki, iddialara görə, İngiltərə klubu 21 yaşlı oyunçunun transferini yaxın qış transfer pəncərəsində gerçəkləşdirmək niyyətindədir.

“Şəhərlilər”in Pavloviç üçün 45–50 milyon avro aralığında təklif verməyə hazır olduğu bildirilir. Futbolçuya həmçinin “Yuventus” və PSJ də maraq göstərir.