"Bavariya"nın Gehi planı
"Bavariya" yeni mərkəz müdafiəçisi axtarışına çıxıb.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Münhen klubu "Kristal Pelas"ın stopperi Mark Gehini transfer etmək üçün hərəkətə keçib.
25 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Gehinin klubla sözləşməsi 2026-cı ilin yayına qədərdir.