"Bavariya"nın hücumçusu həbs olundu
"Bavariya"nın hücumçusu Kinqsli Koman həbs olunub. Sportline.az xəbər verir ki, 21 yaşlı fransalı keçmiş sevgilisinə xəsarət yetirməkdə günahlandırılır. Zərəçəkənin bir neçə gününü xəstəxanada keçirəcəyi bildirilir. İşlə bağlı məhkəmə araşdırması sentyabra təyin olunub. Xatırladaq ki, Koman geridə qalan mövsümü icarə əsasında "Bavariya"da keçirib.