“Bayer” futbolçusu ilə yeni müqavilə bağlayıb
"Bayer" argentinalı futbolçusu Ezekiel Palasiosla bağlı qərar verib.
Sportline.az xəbər verir ki, Leverkuzen klubu 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə bağlayıb.
Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, E.Palasiosun dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.