"Bayer"in futbolçusu icarə əsasında "Verder Bremen"ə keçib
Viktor Bonifeys "Bayer" klubundan "Verder"ə icarəyə verilib.
Sportline.az xəbər verir ki, Bremen təmsilçisi 24 yaşlı hücumçunun cari mövsümün sonuna kimi komandada icarə əsasında çıxış edəcəyini bəyan edib.
İnsayder Fabritsio Romanonun bildirdiyinə görə, "Verder" oyunçunun maaşının bir hissəsini öz üzərinə götürəcək.
Daha əvvəl "Milan" klubu nigeriyalı futbolçunun transferindən imtina etmişdi – tibbi baxış zamanı Bonifeysdə bəzi sağlamlıq problemləri üzə çıxmışdı.