Madriddə sükut pozulmadı

Bu gün UEFA Çempionlar Liqasında son 1/4 finalçılar müəyyənləşəcək. SportLine.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma olacaq. 

Səfərdə Leverkuzen "Bayer"ini üstələyən "Atletiko" bu dəfə Madriddə azarkeşlərini sevindirmək niyyətindədir. Almaniyada vurulan 4 qolla üstünlük əldə edən Diyeqo Simeonenin komandası, hətta iki cavabsız topla məğlub olacağı təqdirdə belə 1/4 finala adlayacaq.


15 mart 2017
Çempionlar Liqası, 1/8 final (Cavab oyunu)

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) - 0:0
İlk oyun - 4:2