Bəhlul Mustafazadənin durumu açıqlandı
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə bir həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportline.az xəbər verir ki, 27 yaşlı müdafiəçi UEFA Avropa Liqasının Liqa mərhələsinin "Malmö" ilə oyununda (1:2) zədələnib.
Müayinələr onun çanaq əzələsində dartılma aşkarlayıb.
Qeyd edək ki, Bəhlul Mustafazadə bu səbəbdən millinin qarşıdakı oyunlar üçün toplanışından kənarlaşdırılıb.