Beker İtaliyaya qayıdır
"Liverpul"un qapıçısı Alisson Beker İtaliya A Seriyasına qayıtmağı planlaşdırır.
Sportline.az "La Repubblica"ya istinadən xəbər verir ki, "İnter" və "Yuventus" 33 yaşlı kiperi heyətinə qatmaq üçün hərəkətə keçib.
Brazilya millisinin üzvünün transfer qiyməti 20 milyon avrodur.
Qeyd edək ki, Bekerin "Liverpul"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.