Bekhem ən bəyəndiyi 5 futbolçunun adını açıqlayıb

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem birliktə oynadığı 5 ən yaxşı futbolçunun adını açıqlayıb.

Sportline.az “90minfootball” saytına istinadən xəbər verir ki, siyahıda 2 brazilyalı futbolçunun adını qeyd edib.

  1. Zinəddin Zidan (Fransa)
  2. Ronaldo Nazario (Brazilya)
  3. Roberto Karlos (Brazilya)
  4. Paolo Maldini (İtaliya)
  5. Roy Kin (İrlandiya)

Qeyd edək ki, D.Bekhem futbolçu kimi “Mançester Yunayted”, “Preston”, “Real Madrid”, “Los Anceles Qalaksi”, “Milan” və “Paris Sen-Jermen kimi klubların şərəfini qoruyub.