Belaruslu futbolçu ailəsi ilə birgə qəzada öldü
Belarusun "Vitebsk" klubunun qapıçısı Andrey Şerbakov qəza törədib. SportLine.az "Soccer.ru" saytına istinadən xəbər verir ki, şəxsi maşını ilə yolun əks zolağına çıxan futbolçunun idarə etdiyi maşın evakuatorla toqquşub. Nəticədə, o və ailə üzvləri - həyat yoldaşı və oğlu yerindəcə keçinib.
A.Şerbakovun digər övladı sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A.Şerbakov karyerası ərzində BATE və Belarusun U-21 yığmasında da forma geyinib.
