Bellingem "Çelsi"yə transfer olacaq?

"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Çelsi" Bellingem üçün mövsümün sonunda "Sanderlend"də rəsmi təklif göndərəcək.

19 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Cob Bellingem bu mövsüm çıxış etdiyi 32 matçda 4 qol və 3 asistlə yadda qalıb.